Həştərxanda yaşayış binası uçub, 213 nəfər təxliyə edilib

   Həştərxanda yaşayış binası uçub,    213 nəfər təxliyə edilib
  16 Noyabr 2023    Oxunub:1165
Rusiyanın Həştərxan vilayətində yaşayış binasının bir hissəsi uçub.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dağılmış binadan 213 nəfər təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsindən bildirilib ki, təxliyə edilənlərdən 37-si uşaqdır.

Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Təxliyə edilənlər üç müvəqqəti yaşayış məntəqəsi yerləşdirilib".

AzVision.az


Teqlər:





Xəbər lenti