"Şolts Ərdoğanın "Tayfun" qırıcıları almasına razılıq verməyəcək" - Bloomberg

   "Şolts Ərdoğanın "Tayfun" qırıcıları almasına razılıq verməyəcək" -    Bloomberg
  16 Noyabr 2023    Oxunub:1248
Almaniya kansleri Olaf Şoltsun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Eurofighter Typhoon" qırıcılarının alması tələbini qəbul etməsi elə də mümkün deyil.
AzVision.az xəbər verir ki, bu barədə RBC-Ukrayna Bloomberg-ə istinadən xəbər verir.

Anonim mənbələr bildiriblər ki, Ərdoğan böyük ehtimalla noyabrın 17-də Berlində keçiriləcək görüşdə kanslerdən köhnə hava qüvvələrini yeniləmək üçün ehtiyac duyduğu döyüş təyyarələrinin satışına qoyulan qadağanı aradan qaldırmağı xahiş edəcək.

İlkin məlumatlara görə, Türkiyə prezidenti ən azı 20 "Eurofighter Typhoon" qırıcısı istəyəcək və bu sayı iki dəfə artıra bilər.

Mənbələr əlavə edib ki, Türkiyə Yunanıstanın “Rafale” qırıcı təyyarələri almasına cavab olaraq razılaşma əldə etməyə çalışır.

Lakin, nəşrin yazdığına görə, ölkələr arasında bir sıra məsələlərdə artan gərginliyə görə, Şolts çətin ki, Türkiyə rəhbərinin xahişi ilə razılaşsın.

Almaniya rəsmiləri qeyd ediblər ki, ABŞ və Türkiyə başda olmaqla NATO müttəfiqləri arasında yaranan diplomatik gərginliyə görə Şolts bu tələbə razılıq verməyəcək. Xüsusilə, bu, Türkiyənin Rusiyadan hava hücumundan müdafiə sistemləri alması, Suriyadakı kürd qüvvələrinə qarşı hərbi kampaniyası və İsveçin NATO üzvlüyünün ratifikasiyasını gecikdirməsi ilə əlaqədardır.

"Eurofighter Typhoon" dördüncü nəsil iki mühərrikli çoxfunksiyalı döyüş təyyarəsidir. Onun dizaynı yüksək hücum bucaqlarında və səsdən yüksək sürətlə uçarkən təyyarənin manevr qabiliyyətini əhəmiyyətli dərəcədə artırmağa imkan verir.

AzVision.az


Teqlər:





Xəbər lenti