Gülər: "Lazım gələrsə S-400-lərin düyməsinə basacağıq"

      Gülər:    "Lazım gələrsə S-400-lərin düyməsinə basacağıq"
  16 Noyabr 2023    Oxunub:1474
Türkiyə, lazım gələrsə, Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərindən istifadə etməyə hazırdır.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​deyib.

"Biz S-400-ləri alıb, onları uzaq küncə sıxışdıra bilmərik. Ehtiyacımız olanda düyməsinə basacağıq", - CNN Türk telekanalı onun sözlərindən sitat gətirir.

Qeyd edək ki, Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində 4 ədəd S-400 hava hücumundan müdafiə sistemləri alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti