"Sülhməramlılar hələ də Qarabağda fəaliyyət göstərir" - Rusiya Müdafiə Nazirliyi

   "Sülhməramlılar hələ də Qarabağda fəaliyyət göstərir" -    Rusiya Müdafiə Nazirliyi
  16 Noyabr 2023    Oxunub:1460
Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin noyabrın 16-da Qarabağ zonasında sülhməramlı kontingentin fəaliyyəti ilə bağlı məlumat bülletenində deyilir.

Qeyd olunub ki, Bakı işə mülki şəxslərə münasibətdə təhlükəsizliyin və humanitar qanunlara riayət olunmasının təmin edilməsinə yönəlmiş davamlı qarşılıqlı əlaqə saxlanılır.

Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması qeydə alınmayıb.

Ümumilikdə, Qarabağ ərazisində sentyabrın 19-dan Rusiya sülhməramlılarının 11 müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti