Dağıstanda hava limanındakı iğtişaşlara görə 17 nəfər həbs edilib

   Dağıstanda hava limanındakı iğtişaşlara görə 17 nəfər həbs edilib
  16 Noyabr 2023    Oxunub:1596
Mahaçqala hava limanında iğtişaşların iştirakçılarına orta hesabla 1 ay 25 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
AzVision.az xəbər verir ki, bu barədə Dağıstan Ali Məhkəməsi məlumat yayıb. Bildirilib ki, Ali Məhkəməyə iğtişaşlardan sonra başlanmış cinayət işi çərçivəsində 17 yerli sakinin həbsi ilə bağlı 17 apellyasiya materialı daxil olub.

Qeyd edık kix Mahaçqala hava limanında iğtişaşlar oktyabrın 29-da axşam saatlarında Təl-Əvivdən uçan təyyarənin gəlişindən sonra baş verib. Komissiya iğtişaş iştirakçılarının hava limanına təqribən 285 milyon rubl məbləğində ilkin ziyan vurduğunu müəyyən edib.

Faktla bağlı cinayət işi başlanıb, 201 nəfər saxlanılıb, 155 nəfərə qarşı inzibati protokollar tərtib edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti