İrəvan Dövlət Universitetində partlayış: Ölən və yaralananlar var

   İrəvan Dövlət Universitetində partlayış:    Ölən və yaralananlar var
  17 Noyabr 2023    Oxunub:1219
İrəvan Dövlət Universitetinin binalarından birində yanğınla müşayət olunan partlayış baş verib. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə nəticəsində ölən və yaralananlar var. Xəsarət alanlardan üç nəfər xəstəxanaya çatdırılıb, onlara lazımi tibbi yardım göstərilir.

Hadisə yerində xilasedicilər işləyir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Yanğın   İrəvan  





Xəbər lenti