Vaşinqton Netanyahunun mövqeyini dəstəkləmir
“Biz açıq şəkildə bildirdik ki, Qəzzanın İsrail tərəfindən yenidən işğalı mümkün deyil və Qəzza bundan sonra da terror hücumları üçün platforma kimi istifadə edilə bilməz...Qəzza Fələstinin idarəçiliyi altında olmalıdır” , - Blinken ABŞ-nin öz mövqeyini Netanyahuya çatdırdığını təsdiqləyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Netanyahu İsrailin qeyri-müəyyən vaxt ərzində Qəzzada təhlükəsiliyə görə məsuliyyəti öz üzərinə götürəcəyini açıqlamışdı.
AzVision.az