ABŞ Qəzzada təhlükəsizlik zonalarının yaradılmasına çalışır

ABŞ Qəzzada təhlükəsizlik zonalarının yaradılmasına çalışır
  17 Noyabr 2023    Oxunub:1029
Birləşmiş Ştatlar Qəzza zolağının cənubundakı fələstinli mülki sakinləri daha yaxşı qorumaq üçün Qəzza daxilində təhlükəsiz zonalar yaratmaq barədə İsrail, BMT və Misirlə danışıqlar aparır.
AzVision.az “The Times of Israel” agentliyinin yaydığı məlumata istinadən xəbər bildirir ki, ABŞ Dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Mettyu Miller keçirdiyi brifinqdə belə açıqlama verib.

Miller, bölgə liderlərinin fələstinlilərin Qəzzadan təxliyəsi ideyasına kəskin etirazını nəzərə alaraq, bu təhlükəsiz zonaların kritik əhəmiyyətə malik olduğunu vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Vaşinqton müharibədən sonra İsrailin Qəzzada müəyyən müddət nəzarəti əldə saxlamaq barədə iddiasını dəstəkləmədiyini də bəyan edib.
AzVision.az


Teqlər: Qəzza   təhlükəsizlik  





Xəbər lenti