Arif Acaloğlunu maşın vurduğu yerdən görüntülər - Video

   Arif Acaloğlunu maşın vurduğu yerdən görüntülər -    Video
  17 Noyabr 2023    Oxunub:1239
Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan türkoloq alim Arif Acaloğlu noyabrın 15-i Bakıda maşınla vurulması nəticəsində həyatını itirib.
Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun Bakı Olimpiya Stadionunun yaxınlığında yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. Alimi Bakı şəhər sakini, Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən zaman vurub.

Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

AzVision.az hadisənin baş verdiyi ərazidən görüntüləri təqdim edir:



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti