İraq və Suriyada ABŞ qüvvələrinə qarşı hücumların sayı 58-ə çatıb

   İraq və Suriyada ABŞ qüvvələrinə qarşı hücumların sayı 58-ə çatıb
  17 Noyabr 2023    Oxunub:1029
ABŞ-nin İraq və Suriyadakı qüvvələri çərşənbə axşamından bəri İranın vasitəçi qüvvələri tərəfindən üç dəfə hədəfə alınıb. Ümuilikdə isə, son bir ayda onlar 58 dəfə hücuma məruz qalıblar.
AzVision.az Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqin açıqladığı məlumta istinadən xəbər verir ki, təkcə ötən bazar günündən bəri Suriyada yeddi dəfə hücuma məruz qalan Amerika qüvvələrinə, ümumilikdə İraqda 27, Suriyada isə 31 dəfə hücum edilib.

Bu hücumlara cavab olaraq ABŞ Suriyada SEPAH və İranın dəstəklədiyi silahlı birləşmələrlə əlaqəli mövqeləri ən azı üç dəfə hədəfə alıb.

“Birləşmiş Ştatlar cavab vermək üçün nəyinsə baş verməsini gözləməyəcək, əksinə əgər biz cavab verdiyimiz kimi daha çox hücum olarsa, biz istədiyimiz vaxt və yerdə mütləq cavab verəcəyik. Həmçinin, ABŞ qüvvələri Qırmızı dəniz üzərində “Tomas Hodner” esminesinə doğru irəliləyən husilərə məxsus pilotsuz uçuş aparatın məhv edib”, - Sinq deyib.

Maraqlıdır ki, bir neçə gün əvvəl husilər Amerika PUA-sını vurduqlarını açıqlamışdı və Vaşinqton isə bunu təsdiqləmişdi. Bu baxımdan, husilərin “uğuru” dünyanın fövqəldövləri olan ABŞ-nin PUA vurmaq “məharət”ini gölgədə qoyur.
AzVision.az


Teqlər: ABŞ   hücumlar  





Xəbər lenti