Qaani: Müqavimət komandirləri Qəzzanın təzyiq altında olmasına imkan verməyəcək

   Qaani:    Müqavimət komandirləri Qəzzanın təzyiq altında olmasına imkan verməyəcək
  17 Noyabr 2023    Oxunub:959
HƏMAS-ın İsrailə hücumu “böyük bir hücum” idi və biz bu tarixi döyüşdə əlimizdən gələni edəcəyik.
AzVision.az
xəbər verir ki, SEPAH-ın Qüds Qüvvələrinin komandiri İsmayıl Qaani HƏMAS qruplaşmasının hərbi qanadı olan “Ezzəddin əl-Qəsam” batalyonlarının komandiri Məhəmməd Əl-Zəifə ünvünladığı məktubda belə yazıb.

“Müqavimətin İsrail qüvvələri və zirehli maşınlarına qarşı hücumları Qəzzada müqavimətin təşəbbüskarlıq və yeniliklərə qadir olduğunu hər kəsə sübut etdi. Əmin olun ki, Qüds və müqavimət oxunda sizinlə bir olan qardaşlarınız düşmən və onun tərəfdarlarının Qəzzə və onun əhalisinə təzyiq göstərməsinə imkan verməyəcəklər. İzzəddin əl-Qəsam batalyonları ilə İsrail ordusu arasındakı toqquşma şanlı qələbə və görünməmiş nailiyyət idi. Sizi əmin edirik ki, müqavimətin davamlı müdafiəsi və dəstəyimizin bir hissəsi olaraq bu tarixi döyüşdə əlimizdən gələni edəcəyik”, - Qaani vurğulayıb.
AzVision.az



Teqlər: Qaani   İsrail  





Xəbər lenti