İsrail informasiya müharibəsində uduzur - “Ynet”
“Bu mesajların yayılmasında ABŞ və Avropa İttifaqı ölkələrinin aşağı təbəqəsində solçu ziyalılar, sağçı radikal və neonasist hərəkatları dəstəkləyənlər, müxtəlif ölkələrdəki kütləvi müsəlman dindarlar fəal iştirak edirlər. Lakin anti-İsrail təbliğatında aparıcı və istiqamətləndirici rol Rusiya, İran və Çinin dövlət qurumları tərəfindən maliyyələşdirilən və nəzarət olunan sosial şəbəkələrdəki meqapopulyar media resurslarına məxsusdur. Bu ölkələrin hər biri Qərbi vurğulamaqla, dünya ictimai rəyinə təsir etmək baxımından öz maraqlarını güdür. Məsələn Moskva diqqəti mümkün qədər Ukrayna müharibəsindən yayındırmağa və İsrailin tərəfində olan ABŞ-ı gözdən salmağa çalışır”, - məlumatda deyilir.
Həmçinin, İsrailin dövlət səviyyəsində öz rəqiblərinin dezinformasiya və təbliğatının qarşısını almadığı vurğulanır. İnformasiya müharibəsində onlara qarşı bütün cəhdlər isə İsraildəki və beynəlxalq yəhudi könüllü icmalar tərəfindən göstərilir.
AzVision.az