Paris Tehranı təhdid edib

 Paris Tehranı təhdid edib
  17 Noyabr 2023    Oxunub:1015
Fransa Yaxın Şərq münaqişəsinin qızışdırılmasına və ya genişlənməsinə qarşı İrana xəbərdarlıq etdiyini bildirib.
AzVision.az Fransanın Xarici İşlər nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, Fransanın Xarici İşlər naziri Katrin Kolonna iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla Cenevrədə görüşdə ölkəsinin beynəlxalq humanitar hüquqa uyğun olaraq, məqsədyönlü və mütənasib şəkildə İsrailin təhlükəsizliyini və İsrailin özünümüdafiə hüququnu qorumaq öhdəliyini təkrarlayıb.

Fransalı nazir İranın münaqişəyə hər hansı bir müdaxiləsi ilə bağlı xəbərdarlıq edib.

“Nazir həmkarını münaqişənin qızışdırılmasına, xüsusən də Livanda hər hansı bir eskalasiya və ya genişlənməyə qarşı sərt şəkildə xəbərdar edib. İran İslam respublikası bu məsələdə böyük məsuliyyət daşıyır”, - Fransa XİN-in mətbuat xidməti bildirib.

Katrin Kolonna, həmçinin mülki şəxslərin müdafiəsi və humanitar yardıma çıxışın təmin edilməsi üçün bütün tədbirlərin görülməli olduğunu vurğulayıb.
AzVision.az



Teqlər: İran   Fransa  





Xəbər lenti