Netanyahu hərbçilərin qəzəbinə tuş gəlməmək üçün xəstəxanaya getmədi

   Netanyahu hərbçilərin qəzəbinə tuş gəlməmək üçün xəstəxanaya getmədi
  17 Noyabr 2023    Oxunub:977
İsrailin baş naziri Benyamin Netanyahu mümkün etirazlara görə "Tel Hashomer" xəstəxanasındakı "Şeba" Tibb Mərkəzinə səfərini təxirə salıb.
AzVision.az xəbır verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, siyasətçi bu gün tibb mərkəzində müalicə olunan yaralı əsgərlərə baş çəkməyə hazırlaşırmış. Amma bir gün əvvəl tibb məntəqəsinin rəhbərliyi bunun baş tutmayacağı ilə bağlı xəbərdarlıq edib. Mənbələr qəzetə izah ediblər ki, Netanyahu bəziləri ciddi xəsarət alan hərbçilərin qınağına səbəb olmamaq qərarına gəlib.

"Şeba"nın baş həkiminin sözlərinə görə, əsgərlər Netanyahunun səhvlərinin əvəzini “sağlamlığı ilə ödəyiblər”. O bildirib ki, mərkəzdə elə döyüşçülər var ki, onların həyatları əzalarının itirilməsi və digər ciddi xəsarətlər səbəbindən heç vaxt əvvəlki kimi olmayacaq. Tibb mərkəzinin rəhbərinin sözlərinə görə, bu döyüşçülər arasında qəzəb digərləri ilə müqayisədə daha çox olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti