İsrail polisi türkiyəli jurnalistlərə qarşı güc tətbiq edib - VİDEO

   İsrail polisi türkiyəli jurnalistlərə qarşı güc tətbiq edib    - VİDEO
  17 Noyabr 2023    Oxunub:962
İsrail polisi Qüdsdə Türkiyənin “TRT Haber” dövlət telekanalının jurnalistlərinə qarşı güc tətbiq edib. Telekanal müxbirinin bölgədən verdiyi məlumata görə, polis əməkdaşı kameranın obyektivini silahın qundağı ilə sındırsa da, xoşbəxtlikdən operator xəsarət almayıb.
AzVision.az “TRT Haber”in yaydığı məlumata istinadən xəbər verir ki, telekanlın jurnalistləri müsəlmanlar üçün ənənəvi cümə namazı zamanı Əl-Əqsa məscidi yaxınlığında çəkiliş aparmağı planlaşdırıblar.

"Biz İsrail polisinin məscidə doğru irəliləyən fələstinlilərə qarşı gözyaşardıcı qazdan istifadə etməsini lentə alarkən qrupumuza hücum edildi və mənim obyektivim tüfəngin qundağı ilə sındırıldı. Qarşımıza çıxan zorakılıq və maneələrə baxmayaraq, işimizi davam etdirəcəyik”, - Yerusəlimdən canlı efirə çıxan operator bildirib.

Bölgədə çalışan türkiyəli jurnalistlər “TRT Haber”i təmsil edən həmkarları ilə həmrəy olduqlarını bildiriblər. “CNN Türk” telekanalını müxbiri isə polisin hər yerdə onlara təzyiq göstərdiyini və onların işinə hər cür mane olduğunu vurğulayıb.


AzVision.az


Teqlər: İsrail   Türkiyə  





Xəbər lenti