Moskvada Ermənistan və Azərbaycan XİN liderlərinin görüşü keçirilə bilər

   Moskvada Ermənistan və Azərbaycan XİN liderlərinin görüşü keçirilə bilər
  17 Noyabr 2023    Oxunub:1195
İrəvan Moskvanın Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Rusiya Federasiyasında görüşünün keçirilməsi təklifinə baxır.
AzVision.az xəbər verir ki, bu barədə “İnterfaks”a Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan bildirib.

"Müxtəlif təkliflər, müzakirələr var, amma hələlik konkret razılaşma yoxdur. Çünki iş qrafiki ilə bağlı çətinliklər yaranır. Burada heç bir problem yoxdur, sadəcə texniki razılıq var. Ermənistan tərəfi heç bir təklifdən imtina etmir" - Arutyunyan əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti