İranda 2019-cu ilin qanlı noyabr qurbanlarının anım mərasiminin keçirilməsinə çağırış edilib

   İranda 2019-cu ilin qanlı noyabr qurbanlarının anım mərasiminin keçirilməsinə çağırış edilib
  17 Noyabr 2023    Oxunub:977
2019-cu ilin qanlı noyabrında İranda həlak olanların bəzilərinin ailəsi bu qurbanların hökumət tərəfindən qətlinin dördüncü ildönümünü qeyd etməyə çağırıblar.
AzVision.az 2019-cu il noyabrın 15-də hökumətin yanacağın qiymətini qəfil və kəskin şəkildə artırmasına cavab olaraq başlayan etiraz dalğaları çox keçmədən geniş vüsət alaraq, bir həftə ərzində ölkənin 29 əyalətinə və yüzlərlə şəhəinrə yayıldı.

İzdihamlı etirazlar dalğasını sərt repressiyalar hesabına yatırılması nəticəsində 1500 nəfər hökumət agentləri tərəfindən öldürüldü. Həmin faciə İran xalqının tarixinə “2019 Qanlı Noyabr” kimi düşdü.

Həmin hadisələr zaman İranın 5 müxtəlif şəhərində qətlə yetirilən Hüseyn Kərimi Ələvicənin, Rza Müəzzəmi Qudərzinin, Möhsün Cəfərpənahın, Cavad Babaizadənin və Möhsün Kərəminianın ailələri noyabrın yaxınlarının dördüncü ildönümünü qeyd olunması üçün çağırış dərc ediblər.






AzVision.az


Teqlər: İran   noyabr  





Xəbər lenti