İngitərədə SEPAH-ın təhlükəsizliyə qarşı təhdidləri müzakirə edilib

   İngitərədə SEPAH-ın təhlükəsizliyə qarşı təhdidləri müzakirə edilib
  17 Noyabr 2023    Oxunub:1209
Böyük Britaniyanın Mühafizəkarlar partiyasının iki tanınmış üzvünün iştirak etdiyi toplantıda SEPAH-ın bu ölkədə təhlükəsizliyə qarşı artan təhdidləri müzakirə olunub.
AzVision.az görüşdə iştirak edən iranlı müxalifətçi Vahid Beheştinin yaydığı məlumata istinadən xəbər verir ki, SEPAH adının Britaniyanın terror qruplaşmaları siyahısına salınması zərurəti əsas müzakirə mövzularından biri olub.

Ölkənin sabiq Müdafiə naziri Liam Foks və Britaniya Mühafizəkarlar partiyasının keçmiş lideri İain Dunkan Smit görüşdə İnqilab Keşikçilərinin artan təhdidləri ilə məşğul olmaq zərurətini vurğulayıblar.

Beheşti İranın Britaniyada təhdid səviyyəsinin və təsirinin artmasına diqqət çəkərək, SEPAH ilə qarşıdurma probleminin təkcə İran, Ukrayna və İsrailin yox, indi artıq Britaniyanın da daxili məsələsinə çevrildiyini bildirib.

Mühafizəkarlar partiyasının üzvü Metyu Hone bu görüşün əsas məqsədinin SEPAH-ın təsirinin genişlənməsi və adının terrorçu qruplar siyahısına salınmasının zəruriliyi barədə məlumatlılığı artırmaq olduğunu bildirib.

“İsrail və İngiltərədəki son hadisələr göstərir ki, İrandakı mövcud rejim İran xalqının yeganə problemi deyil”, - Hone vurğulayıb.

Britaniyalı parlamentari beynəlxalq ictimaiyyəti azadlığa nail olmaq üçün İran xalq hərəkatına dəstək verməyə çağırıb.

“The Telegraph” bir həftə əvvəl Böyük Britaniyanın 70-ə yaxın parlament üzvünün və siyasi xadiminin bu ölkənin baş naziri Rişi Sunaka məktub yazaraq SEPAH-ın terrorçu qruplaşmalar siyahısına saklnmasını xahiş etdiyini yazmışdı. Məktub müəlliflərinin fikrincə, bu aksiya “qlobal zərurətdir” .
AzVision.az


Teqlər: Britaniya   SEPAH  





Xəbər lenti