Özbəkistanda Mİ-8 qəza keçirdi: Bütün ekipaj üzvləri ölüb

 Özbəkistanda Mİ-8 qəza keçirdi:    Bütün ekipaj üzvləri ölüb
  17 Noyabr 2023    Oxunub:1751
Özbəkistanda göyərtəsində hərbçilərin olduğu Mİ-8 helikopteri qəzaya uğrayıb. Bu barədə bir Özbəkistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Hava Hücumundan Müdafiə Qoşunları və HHQ komandanlığının helikopteri Kattakurqan poliqonunda təlim uçuşu zamanı qəzaya uğrayıb.

Bütün ekipaj üzvləri öldü. Təyyarənin qəzaya uğramasının səbəbi hələ müəyyən edilməyib, mütəxəssislər araşdırma aparır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti