Moskvanın mərkəzində naməlum şəxslər atəş açdı, yaralanan var

   Moskvanın mərkəzində naməlum şəxslər atəş açdı,    yaralanan var
  17 Noyabr 2023    Oxunub:1420
Moskvanın mərkəzində naməlum şəxslər iki nəfərə atəş açıb və onların pul çantasını oğurlayaraq qaçıblar. Hadisə nəticəsində bir nəfər yaralanıb.
Bu barədə TASS Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinə istinadən məlumat yayıb. Bildirilib ki, hadisə Moskva vaxtı ilə saat 19:30 radələrində Presnenski Val küçəsində baş verib.

Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin müəyyən edilməsi, tutularaq istintaqa cəlb olunması istiqamətində tədbirlər görülür. Hüquq-mühafizə orqanlarından bildirilib ki, oğurluq kuryerlərə qarşı törədilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti