Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavinini işdən çıxardı

   Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavinini işdən çıxardı
  17 Noyabr 2023    Oxunub:1734
Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini Aleksandr Tarasovskini işdən çıxarıb.
“Aleksandr Alekseeviç Tarasovski Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəis müavini vəzifəsindən azad edilsin”, – Zelenskinin saytında dərc olunan fərmanın mətnində deyilir.

Ukrayna Xarici Kəşfiyyat Xidməti 2004-cü ildə ölkənin Təhlükəsizlik Xidmətinin regional orqanlarının kəşfiyyat şöbəsi və kəşfiyyat bölmələri əsasında yaradılıb. Xidmət siyasi, iqtisadi, hərbi-texniki, elmi-texnoloji, informasiya və ekologiya sahələrində kəşfiyyat fəaliyyətini həyata keçirir. Qurumun rəhbəri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür və birbaşa dövlət başçısına hesabat verir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti