Ərdoğan Berlində jurnalistə: "Vicdanlı sual ver, cavab verim"

   Ərdoğan Berlində jurnalistə:    "Vicdanlı sual ver, cavab verim"
  18 Noyabr 2023    Oxunub:1807
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Almaniyanın Ankaraya Eurofighter dördüncü nəsil çoxməqsədli qırıcı verməsi ilə bağlı mövqeyinə baxmayaraq, Türkiyə özünü qırıcı təyyarələrlə təmin edəcək.
"...Almaniya qırıcı təyyarələr verir, ya vermir. Dünyada döyüş təyyarələri istehsal edən yeganə ölkə Almaniyadır? Bir çox dövlətlər bununla məşğuldur. Hazırda Türkiyə pilotsuz təyyarələr sahəsində lider ölkələrdən biridir.

Bir mətbuat nümayəndəsi kimi bizi bununla hədələməyə ehtiyac yoxdur. Bizə vicdanla suallar verin, biz də sizə bu istiqamətdə cavab verəcəyik”, - Ərdoğan Berlində Almaniya kansleri Olaf Şolzla birgə mətbuat konfransında jurnalistin "Almaniyanın Türkiyəyə döyüş təyyarələri satmaqdan imtina edəcəyi təqdirdə nə baş verəcək?" sualına cavab verərəkən deyib.

Ölkənin milli müdafiə naziri Yaşar Gülər ​​bir müddət əvvəl bildirib ki, Türkiyə 40 Eurofighter qırıcısı almaq niyyətindədir, Böyük Britaniya və İspaniyanın razılığını alıb və Almaniyanı razı salmağa çalışır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti