Cənubi Koreyada it əti qadağan edilə bilər

Cənubi Koreyada it əti qadağan edilə bilər
  18 Noyabr 2023    Oxunub:1325
Cənubi Koreya qədim ənənə ilə bağlı mübahisələrə birdəfəlik son qoymaq üçün it ətinin yeyilməsini qadağan etmək qərarına gəlib.
Bu barədə hakim partiyanın rəhbəri Yu Yuy Don dövlət məmurları və heyvan hüquqlarının müdafiəsi ilə məşğul olan fəallarla görüşündə qeyd edib.

Ölkənin kənd təsərrüfatı naziri Çon Xvan Qın isə bildirib ki, hökumət qadağanı ən qısa vaxtda tətbiq edəcək, lakin bu zaman it ətinin istehsalı biznesi ilə məşğul olanlara lazımi dəstək göstəriləcək. Çünki onlar öz müəssisələrini bağlamaq məcburiyyətində qalacaqlar. Təklif edilən qadağa müəssisələrin bu biznesdən imtina etmələri üçün üç illik güzəşt müddətini və maliyyə dəstəyini nəzərdə tutur.

Hökumətin məlumatına əsasən, ölkədə təxminən 1150 it yetişdirmə ferması, 34 it əti kəsimi ilə məşğul olan sallaqxana, habelə it ətindən yeməklərin verildiyi 1600-ə yaxın restoran fəaliyyət göstərir.

AzVision.az



Teqlər:





Xəbər lenti