İsrail ordusu Livana güclü zərbələr endirib

   İsrail ordusu Livana güclü zərbələr endirib
  18 Noyabr 2023    Oxunub:1440
“Hizbullah” radikal təşkilatının həmsərhəd rayonları atəşə tutmasına cavab olaraq, İsrail hərbçiləri Livan ərazisinə güclü zərbələr endirib.
AzVision.az xəbər verir ki, İsrailin Müdafiə ordusunun (ÇAXAL) mətbuat xidməti belə məlumat yayıb.

“Bir müddət əvvəl Hizbullahın İsrail ərazisinə doğru atdığı atəşə cavab olaraq, ötən sutka ərzində İsrailin Müdafiə ordusunun döyüş təyyarələri və helikopterləri Livandakı terrorçuların hədəflərinə zərbələr endirib”, - məlumatda deyilir.

Ordudakı mənbələr vurulan obyektlər arasında “Hizbullah”ın infrastrukturunun, əməliyyat komandanlıq mərkəzlərinin və şiə təşkilatının tərəfdarlarının istifadə etdiyi hərbi postların olduğunu bildirib.

- Bundan əlavə, bu gün səhər saatlarında ÇAXAL özünün Har Dov dağı ərazisində yerləşən postuna (mərmi) Livandan atıldığını və onun açıq əraziyə düşdüyünü qeydə alıb. Xəsarət alanlar barədə məlumat verilməyib. Buna cavab olaraq, İsrail ordusu atəş açılan mənbəyə və istifadə olunan atış qurğusuna hücum edib”, - SAXAL-ın mətbuat xidməti bildirb.



AzVision.az


Teqlər: İsrail   Livan  





Xəbər lenti