ABŞ və Qətər Qəzzadakı girovların azad olunmasını müzakirə edib

ABŞ və Qətər Qəzzadakı girovların azad olunmasını müzakirə edib
  18 Noyabr 2023    Oxunub:1285
ABŞ prezidenti Co Bayden Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə Yaxın Şərqdəki vəziyyət və Qəzza zolağında girovların dərhal azad olunması zərurəti barədə müzakirə aparıb.
AzVision.az xəbər verir ki, Ağ evin mətbuat xidməti belə malumat yayıb.

“İki ölkə liderləri Fələstinin “HƏMAS” radikal hərəkatı tərəfindən saxlanılan bütün girovların təcili azad olunmasının zəruriliyini müzakirə ediblər”, - açıqlanan məlumatda deyilir.

Ağ Evdən verilən məlumata görə, liderlər Qəzza zolağına humanitar yardım axınının artırılması səylərini və İsrailin yanacaq tədarükünü bərpa etmək qərarı ətrafında müzakirə aparıblar. Onlar, o cümlədən qeyd olunan məsələlərlə bağlı sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.
AzVision.az


Teqlər: ABŞ   Qətər  





Xəbər lenti