Finlandiya-Rusiya sərhədinə rekord sayda qaçqın gəlib

Finlandiya-Rusiya sərhədinə rekord sayda qaçqın gəlib
  18 Noyabr 2023    Oxunub:1553
Finlandiyadan sığınacaq istəyən rekord sayda insan noyabrın 17-də Rusiya-Finlandiya sərhədindəki quru keçid məntəqələrinə toplaşıb.
Bu barədə X sosial şəbəkəsində Cənub-Şərqi Finlandiyanın sərhəd dəstəsi məlumat yayıb. Qeyd olunub ki, noyabrın 17-də sığınacaq üçün 163 nəfər müraciət edib.

Bütün il ərzində Finlandiyaya Rusiya ilə sərəddə yerləşən keçid məntəqlərindən İraq, Suriya, Somali və digər ölkələrin vətəndaşlarından 335 sığınacaq müraciəti daxil olub.

Qeyd edək ki, Finlandiya Xarici İşlər Nazirliyi fəaliyyət göstərən keçid məntəqələrinin sayının azaldılması miqrant axınının azalmasına kömək etməyəcəyi təqdirdə Rusiya ilə sərhədi tamamilə bağlamaq üçün qanun layihələri hazırlayır.

AzVision.az


Teqlər:





Xəbər lenti