İranın Ailələr assosiasiyası: “Qanlı Noyabr” üçün məhkəmə keçirilməlidir.
Dörd il əvvəl noyabrda 1500-dən çox etirazçının ölümünə toxunan bu dərnək öz bəyanatında həmin qurbanların ailələri qədər “həqiqət və ədalət axtardığını” açıqlayıb.
“Bu etirazların qurbanlarının dəfni də qeyri-adi şəraitdə və həddindən artıq təhlükəsizlik təzyiqi altında keçirildi. O acı və qara günlərdən sonra bir çox ailənin yası məhkəmə çəkişmələri uğrunda hərtərəfli mübarizəyə çevrildi”, - bəyanatda vurğulanır.
2019-cu ilin noyabr ayında benzinin qiymətinin qəfil artmasına qarşı cəmiyyətin verdiyi sərt reaksiya tezliklə İran hakimiyyətin hədəf alan etirazlar dalğasına çevrildi. Həmin etirazları sərt şəkildə yatıran İran hökumətinin repressiv siyasəti nəticəsində o vaxt yüzlərlə insan həlak oldu.
AzVision.az