İsrail HƏMAS-la razılaşmanı rədd etdi

İsrail HƏMAS-la razılaşmanı rədd etdi
  18 Noyabr 2023    Oxunub:1215
İsrail girovların azad edilməsi ilə bağlı HƏMAS-la “50/50” formulu üzrə razılaşmanı rədd edib.
"Yediot Ahronot”un yaydığı məlumata görə, İsrail Fələstinin radikal hərəkatı ilə Qəzza zolağından 50 israilli əsirin azad edilməsini nəzərdə tutan razılaşmanı rədd edib və qadınların uşaqlarından ayrılmamasını tələb edib. İsrail nümayəndələri, həmçinin əlavə ediblər ki, 70 israilli girovun azad ediləcəyi təqdirdə ölkə bu sazişi nəzərdən keçirə bilər.

Qeyd edək ki, bir gün əvvəl İsrail və HƏMAS-ın əsir götürülən girovların azad edilməsi ilə bağlı saziş bağlamağa yaxın olduqları bildirilib. Mümkün saziş 50 qadın və uşağın azad edilməsi müqabilində Qəzza zolağında silahlılar tərəfindən saxlanılan 50 girovun azad edilməsini nəzərdə tutub. Razılaşma, həmçinin Fələstin anklavına humanitar yardımın göndərilməsini də əhatə edib.
AzVision.az


Teqlər: İsrail  





Xəbər lenti