İranın şimalında baş verən daşqınlarda insan tələfatı olub  - VİDEO

İranın şimalında baş verən daşqınlarda insan tələfatı olub    - VİDEO
  18 Noyabr 2023    Oxunub:1283
Cümə günü axşam saatlarında İranın Mazandaran vilayətinin bəzi ərazilərində yağan leysan yağışları Talar çayının daşmasına səbəb olub.
AzVision.az Xilasetmə təşkilatının rəhbəri Babək Mahmudiyə istinadən xəbər verir ki, Behşəhr şəhərində daşqın nəticəsində bir nəfər ölüb, Nur və Çəmistan şəhərlərində isə iki nəfər itkin düşüb.

Mazandaran quberniyasının böhranların idarə edilməsi şöbəsinin müdiri Hüseyn Əli Məhəmmədi iki nəfərin itməsi faktini təsdiqləyib.

Nur şəhərində su altında qalan beş avtomobilin xilası zamanı iki sərnişin, bir ana və bir uşaq olan “Pikan” markalı avtomobilin qalıqları tapılıb, lakin sərnişinlərin taleyi barədə məlumat yoxdur.
AzVision.az


Teqlər: İran   daşqınlar  





Xəbər lenti