İranda internet bir neçə saatlıq tamamilə kəsilib

İranda internet bir neçə saatlıq tamamilə kəsilib
  18 Noyabr 2023    Oxunub:1171
Bu gün səhər saatlarında İranın bir çox bölgələrində internet şəbəkəsi şiddətli pozulma ilə üzləşərək sıradan çıxıb.
AzVision.az xəbər verir ki, texnologiya xəbərlərini işıqlandıran “Zomit” saytı belə məlumat yayıb.

“Bütün iranlı istifadəçilərin internetə çıxışı ciddi pozulma və ya tam kəsilməklə üz-üzədir. Hazırda yalnız ölkənin daxili şəbəkəsinə çıxış mövcuddur və yalnız ölkə daxilində yerləşdirilən xidmətlər mövcuddur”, – saytda gedən materialda vurğulanıb.

Həmçinin, bütün dünyada internet məhdudiyyətlərini izləyən “NetBlocks” qurumu İran internetindəki “qısa fasilə”yə istinad edərək, bu fasilə zamanı İranın qlobal internetlə əlaqəsinin “normal səviyyədən 57% azaldığını” bildirib.

“İsna” xəbər agentliyi bir neçə saat sonra infrastruktur rabitəsi şirkətinin rəsmi açıqlamasına istinadən internet şəbəkəsindəki kəsilmənin Tehran əyalətinin ötürücü şəbəkəsində yaranmış nasazlıq ilə bağlı olduğunu və hazırda problemin aradan qaldırıldığını elan edib.
AzVision.az




Teqlər: İran   internet  





Xəbər lenti