İranda hərbçilər iki dinc sakini öldürüb

İranda hərbçilər iki dinc sakini öldürüb
  18 Noyabr 2023    Oxunub:1383
İranın Sistan və Bəlucistan əyalətində hərbi qüvvələrin dinc əhaliyə xəbərdarlıq etmədən atəş açması Hirmand və İranşəhr rayonlarında ölüm hadisələrinə səbəb olub.
AzVision.az İran mediasına istinadən xəbər verir ki, İranşəhr yaxınlığında hərbçilərin yolda hərəkət edən maşına atəş açması nəticəsində 18 yaşlı Mətin Naruyi başından güllə yarası alaraq ölüb.

Həmin gün Hirmand rayonu kəndlərinin birində baş verən başqa bir hadisədə 45 yaşlı Əmir Səfəri evindən cəmi 100 metr aralıda sinəsindən güllə yarasından dünyasını dəyişib. Onun ailəsinin faciə ilə bağlı sorğuları yerli hakimiyyət orqanları tərəfindən cavabsız qalır.
AzVision.az


Teqlər: İran   qətllər  





Xəbər lenti