Avropalı deputatlar Cənubi azərbaycanlıların ayrı-seçkilikdən xilasını tələb ediblər

   Avropalı deputatlar Cənubi azərbaycanlıların ayrı-seçkilikdən xilasını tələb ediblər
  18 Noyabr 2023    Oxunub:1372
Avropa Parlamentinin (AP) 9 üzvü Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozef Borrelə müraciət göndərərək ondan Cənubi azərbaycanlılara və digər milli azlıqlara qarşı ayrı-seçkiliyi dayandırmaq məqsədilə İran rejiminə təsir göstərmək üçün konkret siyasi yollar müəyyənləşdirməyi tələb edib.
AzVision.az xəbər verir ki, “Güney AZfront” telegram-kanalı belə məlumat yayıb.

“Azərbaycanlılar ən böyük azlıq, təxminən 30 milyon insandırlar və İran rejimi onların mədəniyyətini və kimliyini silmək, onları farsa çevirmək istəyir”, - müraciətdə deyilib.


Müraciəti imzalayan ispaniyalı, hollandiyalı və italiyalı parlamentarilər AP-nin ən böyük siyasi strukturu olan ümumavropa mühafizəkarının Avropa Xalq partiyasının üzvləridir.

Onların bəziləri bu il iyulun əvvəllərində “AZfront”un təşəbbüsü əsasında Güney azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı AP-də keçirilən konfransda iştirak ediblər.
AzVision.az



Teqlər: İran   azərbaycanlılar  





Xəbər lenti