“Biz SEPAH-a qarşı daha çox sanksiya tətbiq etməyi ciddi şəkildə nəzərdən keçiririk, lakin təfərrüatları açıqlamayacağam. Bu sanksiyaların məqsədi İranın terrorizmi ixrac edə bilməməsi və qlobal səviyyədə ona dəstək verməməsi üçün məhdudiyyətlər yaratmaqdır. Kanada hökuməti SEPAH-ın fəaliyyətinin nə qədər narahatedici olduğunu başa düşür. Biz bu barədə daha çox şey etməli olduğumuzu bilirik və bu, davam edir”, - Bleyer deyib.
Qlobal təhlükəsizlik problemlərinin həlli yollarının araşdıran Qalifaks Təhlükəsizlik forumu 15 ildir ki, keçirilir.
Bu il üç gün davam edəcək tədbirə 300-ə yaxın məmur, ekspert və jurnalist qatılıb. Bu görüşdə bir neçə panel xüsusi qaydada İranın təhdidləri məsələsi ilə məşğul olur. Forumun katibinin sözlərinə görə, İran, Çin, Şimali Koreya və Rusiya bu tədbirin diqqət mərkəzindədir.
AzVision.az