İranda üç siyasi fəala ümumilikdə 61 il 10 ay həbs cəzası kəsilib
Bu şəxslər “hökumətə qarşı təbliğat”, “ölkənin milli təhlükəsizliyinə xələl gətirmək üçün müxalif qruplara üzv olmaq”, “hökumət məmuruna tabe olmamaq”, “islam müqəddəslərini təhqir etmək”də ittiham ediliblər.
Qeyd edək ki, İranın teokratik rejiminin siyasətinə qarşı çıxan insanlara qarşı belə “ittihamların” irəli sürülməsi standart hala çevrilib.
AzVision.az