İranda azərbaycanlı ailə Qeydiyyat idarəsinin qarşısında piket keçirib

   İranda azərbaycanlı ailə Qeydiyyat idarəsinin qarşısında piket keçirib
  18 Noyabr 2023    Oxunub:1445
Şəxsiyyət vəsiqəsindən məhrum olunmuş 6 yaşlı Huntayın atası Taymaz Mehrəlibəyli bir neçə ailə üzvü ilə birlikdə noyabrın Şərqi Azərbaycan vilayətində yerləşən Culfa şəhərinin Qeydiyyat idarəsi qarşısında piket keçirib.
AzVision.az xəbər verir ki, Huntayın atası Taymaz Mehrəlibəyli bir neçə ildir oğluna şəxsiyyət vəsiqəsi almaq üçün bütün prosedurlardan keçsə də, onun bütün səyləri nəticəsiz qalıb .

Mehrəlibəyli ailəsinin etiraz toplantısı bu idarədən şəxsiyyət vəsiqəsi ala bilməyən Huntayın altıncı doğum günündə keçirilib.

İdarənin qarşısında keçirilən bu etiraz aksiyasında Taymaz Mehrəlibəyli ən ibtidai haqqı kmim övladına ad seçmə hüququndan məhrum edildiyini və övladı üçün məhz bu adın seçilməsində israrlı olduqlarını vurğulayıb.

Huntayın atası “Amerikanın Səsi” radiosuna müsahibəsində övladına şəxsiyyət vəsiqəsi verilməməsinin səbəbinin seçdikləri adın tamamilə türk adı olması ilə əlaqədar olduğunu bildirmişdi.

Onun sözlərinə görə, İranın Qeydiyyat idarəsi bu ada qarşı çıxmasını onun iranlı ad olmaması ilə izah edir. Lakin Taymaz Mehrəlibəyli İranın təsdiqlənmiş adlar siyahısında, yunan adları da daxil olmaqla, bir çox qeyri-iranlı adların olduğunu əsas gətirərək, Qeydiyyat idarəsinin iddiasının reallıqdanuzaq olduğunu deyirr.

Taymaz Mehrəlibəyli, həmçinin keçən həftə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən qardaşı, siyasi fəal Yürüş Mehrəlibəylinin dərhal azad edilməsi tələbini də qoyub.

AzVision.az




Teqlər: İran   azərbaycanlılar  





Xəbər lenti