Liberiyanın taxıl gəmisi Qara dənizdə minaya düşüb

Liberiyanın taxıl gəmisi Qara dənizdə minaya düşüb
  18 Noyabr 2023    Oxunub:1694
Odessadan Liberiya bayrağı altında taxıl daşıyan “Georgia S” yük gəmisi Qara dənizdə minaya düşüb.
AzVision.az xəbər verir ki, bu barədə “Ukrrudprom” nəşri mənbələrə istinadən məlumat yayıb.

“Dörd dəniz və ticarət mənbəsi bildirib ki, buğda ilə yüklənmiş Liberiya bayraqlı “Georgia S” yükdaşıyan gəmi cümə axşamı Yujnı limanından (Ukraynanın Odessa vilayətində yerləşir - Qeyd) hərəkət edərkən açıq dənizdə minaya düşərək zədələnib”, - məlumatda vurğulanıb.

AzVision.az



Teqlər: Gəmi   Mina  





Xəbər lenti