Fransada Napoleonun papağı hərraca çıxarılacaq

   Fransada Napoleonun papağı hərraca çıxarılacaq
  19 Noyabr 2023    Oxunub:1175
Fransa imperatoru Napoleon Bonapartın papağı Parisdə hərraca çıxarılacaq.
BBC News xəbər verir ki, məşhur baş geyiminin 600 min avro ilə 800 min avro arasında qiymətə satılacağı gözlənilir.

Hərraca papaqdan əlavə Napoleon Bonapartın digər şəxsi əşyaları da çıxarılacaq.

Bildirilir ki, Napoleon bu şlyapalardan təxminən 120-si olub, lakin onlardan yalnız 20-si bu günümüzə çatıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti