Ağ Ev Qəzzadakı girovlarla bağlı: "Razılıq həmişəkindən yaxındır"

   Ağ Ev Qəzzadakı girovlarla bağlı:    "Razılıq həmişəkindən yaxındır"
  19 Noyabr 2023    Oxunub:1394
"Qəzza zolağında girovların azad edilməsi üzrə danışıqlar aparan tərəflər razılığa gəlməyə həmişəkindən daha yaxındırlar, lakin bir sıra fikir ayrılıqları hələ də qalmaqdadır".
RİA Novosti Amerika KİV-nə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Con Fayner bildirib.

"Biz razılığa gəlməyə daha yaxınıq. Yəqin ki, bu danışıqlar prosesi başlayandan bəri hər zaman olduğundan daha yaxınıq", - Fayner deyib.

Onun sözlərinə görə, girovların azad edilməsi ilə bağlı İsrail və Fələstin arasında dialoq “son dərəcə incə mərhələdə”dir.

"Eyni zamanda, bir sıra mübahisəli məsələlər həll olunub, lakin fikir ayrılıqları hələ tam həll olunmayıb",- Fayner əlavə edib.

Bundan əvvəl Amerika mediası İsrail və Fələstin arasında hərbi əməliyyatlara 5 günlük fasilə verilməsi və Qəzzada saxlanılan girovların azad edilməsi ilə bağlı razılıq əldə etməyə yaxın olduğunu bildirib.

Daha sonra Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienn Uotson bu məlumatı təkzib edib.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:





Xəbər lenti