“Dedik ki, himnimiz səslənməsə, meydandan çıxacağıq” - AFFA-dan açıqlama

   “Dedik ki, himnimiz səslənməsə, meydandan çıxacağıq” -    AFFA-dan açıqlama
  19 Noyabr 2023    Oxunub:1311
AFFA Brüsseldə dövlət himnimizlə bağlı ciddi səhvlə əlaqədar açıqlama yayıb.
AzVision.az xəbər verir bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
Brüsseldə Azərbaycan himnini İsveç himni ilə səhv saldılar - Video


Avro-2024-ün seçmə mərhələsində bu gün Belçikaya qarşı keçirilən matçdan əvvəl Azərbaycanın yox, İsveçin himni səsləndirilib. Bu isə millimizin futbolçularının, məşqçi heyətinin çaşqınlığına səbəb olub. Belçikanın himni səsləndirildikdən sonra səhv aradan qaldırılıb və Azərbaycanın dövlət himni səsləndirilib. Stadionun diktoru bu səhvə görə üzr istəyib.

E.Məmmədli bildirib ki, stadionda səhvən İsveçin himnini veriblər: "Sonra, oyuna başlanılmasını deyirdilər. Bizimkilər dedi ki, "o zaman oynamırıq". Federasiya rəsmiləri düşdülər aşağı ki, himn səslənməsə, meydandan çıxırıq. Ondan sonra himni verdilər. Səhvən DJ ötən oyundan qalma İsveçin himnini verib. Lukaku üzr istədi. Dedi ki, "biz gözləyirik, problem yoxdur. Himn səslənsin".

AzVision.az


Teqlər:  





Xəbər lenti