Qəzzada öldürülən jurnalistlərin sayı 30 ilin aylıq maksimuna çatıb

   Qəzzada öldürülən jurnalistlərin sayı 30 ilin aylıq maksimuna çatıb
  20 Noyabr 2023    Oxunub:1087
Oktyabrın 7-dən bəri şiddətlənən İsrail-HƏMAS qarşıdurmasında öldürülən jurnalistlərin sayının 48-ə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi (CPJ) məlumat yayıb. Bildirilib ki, bu da son 30 ilin ən yüksək aylıq göstəricisidir.

Bu ay CPJ 1992-ci ildən- komitənin məlumat toplamağa başladığı vaxtdan dövrdən bəri "jurnalistlər üçün ən ölümcül ay" olduğu qeyd edilib. Qeyd edilib ki, oktyabrın 7-də müharibə başlayandan bəri həlak olan 13 mindən çox insan arasında ən azı 48 jurnalist və media işçisi var.

Qeyd edək ki, Jurnalistləri Müdafiə Komitəsi 1981-ci ildə yaradılıb. Bu, Nyu-Yorkda yerləşən qeyri-hökumət təşkilatıdır və bütün dünyada jurnalistlərin hüquqlarına nəzarət edir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti