Məhvəş Sabit: İran xalqı, bəhailəri cəzalandırmayın!

      Məhvəş Sabit:    İran xalqı, bəhailəri cəzalandırmayın!
  20 Noyabr 2023    Oxunub:1221
Bəhai icmasının keçmiş direktoru, məhbus Məhvəş Sabit təhlükəsizlik orqanları tərəfindən bəhailərin həbslərinin və çağırışlarının yeni dalğasına cavab olaraq İran xalqından hakimiyyəi kimi bəhailəri “cəzalandırmamağa” çağırıb.
AzVision.az xəbər verir ki, xanım Sabit siyasi məhbus Gülrux İrayinin X hesabında dərc olunan məktubunda belə çağırış edib.

“İkinci dəfə 10 il həbs cəzası elan edildikdən sonra belə bir qənaətə gəldik ki, biz bəhailər 45 il əcdadlarımızın yurdunda normal həyat sürməkdən məhrum olmuşuq. Qarşımızda üfüq görmürük, hakimiyyətin ədalətindən ümidi kəsmişik. İrandakı mövcud rejimin əvvəllərindən bir çox digər bəhai vətəndaşları kimi mən də bir neçə gün ərzində işdən və universitetdən qovulmuşam, həyat yoldaşımın qum fabriki də hakimiyyət tərəfindən müsadirə edilib”, - Sabit deyib.

Dini azlıqların tanınmış simalarına ikiqat təzyiq son bir ildə İranda repressiya prosesinin ayrılmaz tərkib hissəsinə çevrilib.

2022-ci ildə beynəlxalq insan haqları təşkilatlarının çoxsaylı hesabatlarında İranda bəhailərə qarşı təqiblərin bu il hökumətin “təşviqi” ilə genişləndiyi və ölkə mediasında bəhailiyə qarşı təbliğatın davam etdiyi vurğulanıb.
AzVision.az



Teqlər: İran   bəhailər  





Xəbər lenti