Rusiya iki gün ardıcıl olaraq İran PUA-ları ilə Ukraynaya hücum edib
Həmçinin, şənbə günü Rusiya İran istehsalı olan 38 kamikadze təyyarəsi ilə Ukrayna ərazisinə hücum edib ki, Ukrayna müdafiəsi də onlardan 29-nu vura bilib.
Ukrayna ordusunun sözçüsü Rusiya PUA-larının bir neçə həftəlik fasilədən sonra yenidən hücuma başlayaraq bazar günü Kiyevin müxtəlif istiqamətlərdən qrup şəklində dron hücumları etdiklərni deyib.
2022-ci ilin oktyabrından bəri Moskva Ukraynanın müxtəlif regionlarına, enerji, hərbi və nəqliyyat infrastrukturuna raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.
AzVision.az