“21 Azər” Hərəkatının ildönümü keçiriləcək

      “21 Azər” Hərəkatının ildönümü keçiriləcək
  20 Noyabr 2023    Oxunub:1111
Seyid Cəfər Pişəvərinin başçılığı ilə 1945-ci ildə başlanmış “21 Azər” Hərəkatının ildönümü keçiriləcək.
AzVision.az “Güney Azfront” teleqram-kanalına istinadən xəbər verir ki, bir çox Güneyli azərbaycanlıların təşəbbüsü ilə hərəkatın 78-ci ildönümü dekabrın 16-da İsveçin paytaxtı Stokholm şəhərində qeyd olunacaq.

Tədbirdə Azərbaycan Respublikaslından professor Rafael Hüseynov və Ankaranın Qazi Universitetinin müəllimi professor Tufan Gündüz çıxış edəcəklər.


Fars şovinizminin panfarsist siyasətindən qurtulmaq yönündə “21 Azər” Hərəkatının apardığı mübarizə çərçivəsində Azərbaycan Demokrat Firqəsi Təbrizdə Güney Azərbaycan Muxtar respublikası qurmuşdu. Lakin Rusiya və İranın, habelə dünyanın digər güc mərkəzlərinin pərdəarxası sövdləşməsi nəticəsində həmin respublikanın ömrü təxminən 1 il davam etmişdi.
AzVision.az


Teqlər: Güney   Azərbaycan  





Xəbər lenti