Lukaşenko: "KTMT liderlərinin görüşü regionda çətin dövr fonunda keçirilir"

   Lukaşenko:    "KTMT liderlərinin görüşü regionda çətin dövr fonunda keçirilir"
  20 Noyabr 2023    Oxunub:883
Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov ilə görüşüb.
BelTA - nın yaydığı məlumata görə, tərəflər təşkilatın noyabrın 23-də Minskdə keçiriləcək sammitini müzakirə ediblər.

“Ümid edirəm ki, Minskdə hərbi-siyasi təşkilat çərçivəsində keçirilən bu tədbir KTMT üzvlərinin müdafiəsi və təhlükəsizliyi üçün səylərimizin artırılmasına töhfə verəcək”, - Lukaşenko qeyd edib.

O əlavə edib ki, KTMT-yə üzv ölkələrin liderlərinin görüşü regionda çətin dövr fonunda keçirilir. Lukaşenko vurğulayıb ki, Belarus tərəfi sammitin təşkilinə məsuliyyətlə yanaşır və onu layiqli şəkildə keçirmək niyyətindədir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Belarus   KTMT  





Xəbər lenti