Abdullahiyan: ABŞ-nin Aralıq dənizindəki gəmiləri hücumlar üçün hədəfdir
Onun sözlərinə görə, ABŞ-nin “Hizbullah”ı eyni şəkildə təmkinli olmağa çağıran mesajları “müqavimət qrupunu qərar verərkən ehtiyatlı olmağa məcbur edə bilməz”.
Noyabrın 5-də Vaşinqton Yaxın Şərqə “F-16” qırıcı-bombardmançı təyyarələrdən ibarət eskadrilya və Aralıq dənizinin şərq hissəsinə 2 təyyarə daşıyan zərbə qrupu göndərib. Ağ ev administrasiyası Tehrana və regiondakı iranpərəst qruplara İsrailə qarşı təcavüz cəhdlərinə qarşı xəbərdarlıq edib.
Noyabrın 14-də isə Yəmən husilərinin hərbi-siyasi təşkilatının lideri Ənsar Allah əl-Husi İsrail bayrağı altında Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçən istənilən gəmini vurmaqla hədələyib.
AzVision.az