Ərdəbildə Qacarlar dövrünə aid memarlıq nümunəsi məhv olmaqdadır

    Ərdəbildə Qacarlar dövrünə aid memarlıq nümunəsi məhv olmaqdadır
  20 Noyabr 2023    Oxunub:1236
İranın Ərdəbil şəhərinin “Üç dükan” məhəlləsində yerləşən və Qacarlar dövrünün ilk illərinin memarlıq nümunələrindən olan tarixi “Xadimbaşı evi” dağılmaq üzrədir.
AzVision.az “Güney Azfront” teleqram-kanalına istinadən xəbər verir ki, 2004-cü ildə İranın Tarixi Abidələrin Qeydiyyat idarəsi mütəxəssislərinin razılığı ilə buna ölkənin milli abidələri siyahısına salınsa da, onun təmiri, bərpası və qorunması üçün vəsait ayrılmadığına görə tarixi ev dağılmaq üzrədir.

Tarixi bina Şeyx Səfiyyədin Ərdəbili məqbərəsinin xidmətçisinə məxsus olduğu üçün “Xadimbaşı” adlanıb.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Ərdəbil əyalətində onlarla tarixi abidə bu vəziyyətə düşüb. İranın Mədəni İrs, Turizm və Əl İşləri nazirliyinin yerli bölmələri isə tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə vəsaiti ayrılmadığını iddia edirlər.



AzVision.az



Teqlər: Ərdəbil   memearlıq  





Xəbər lenti