İranın Vaşinqtona cavabı: Azərbaycanla münasibətlərimizin sizə dəxli yoxdur

      İranın Vaşinqtona cavabı:    Azərbaycanla münasibətlərimizin sizə dəxli yoxdur
  20 Noyabr 2023    Oxunub:1239
Amerikalılar onlara dəxli olmayan məsələlərə qarışırlar.
AzVision.az “Tasnim” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, İranın Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənani ABŞ Dövlət departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun katibinin müavini Ceyms O`Brayenin Azərbaycandan Naxçıvana dəhliz yaradılmasında İranın iştirakı ilə bağlı səsləndirdiyi tənqidi şərhə belə münasibət sərgiləyib.

“Amerikalılar onlara aid olmayan məsələlərə müdaxilə edirlər. İranın region ölkələri, o cümlədən Azərbaycanla əməkdaşlığı davam edir və amerikalıların İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur”, - Kənani deyib.

İranlı məmur amerikalıları bölgənin daxili işlərinə müdaxiləni dayandırmağa və keçmiş təcrübədən nəticə çıxarmağa çağırıb.
AzVision.az



Teqlər: İran   ABŞ  





Xəbər lenti