Rusiya erməni generalı həbs etdi |
Xatırladaq ki, təhlükəsizlik qüvvələri Verdiyanı ötən ilin payızında “hava limanı yaxınlığındakı avtobus dayanacağında ictimai asayişi pozmağa" görə xırda xuliqanlıqda (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinin 2-ci hissəsi) ittiham edərək saxlayıb. Əvvəlcə Moskvanın Solntsevski Rayon Məhkəməsi gənci 10 sutka inzibati həbsə göndərib və bu müddət başa çatdıqdan sonra noyabrda Moskvanın Lefortovo Rayon Məhkəməsi Verdiyanı dövlətə xəyanətdə ittiham edib.
Onun hansı səbəbdən vətənə xəyanət etməsi, prosesin detalları məhkəmədə açıqlanmayıb. Bu ilin sentyabrında Moskvada keçirilən məhkəmə isə bağlı qapılar arxasında baş tutub. Məhkəmə gəncə 200 min rubl cərimə də yazıb.
Tural Tağıyev
AzVision.az