“Vərni” xalçası beynəlxalq səviyyədə qeydiyyata alınacaq

      “Vərni” xalçası    beynəlxalq səviyyədə qeydiyyata alınacaq
  20 Noyabr 2023    Oxunub:1477
Şərqi Azərbaycan əyalətinin “Vərni” xalçası beynəlxalq səviyyədə qeydiyyatdan keçəcək.
AzVision.az İranın Mədəni İrs təşkilatının yaydığı məlumata istinadən xəbər verir ki, “Vərni” xalçasının qeydiyyata alınması ilə bağlı proses 2020-ci ildə Əhər şəhərinin “Vərni paytaxtı” elan edilməsindən sonra başlayıb.

Qeyd edək ki, xovsuz xalça növü olan “Vərni” Şərqi Azərbaycan əyalətinin Qaradağ mahalında ən yayılmış əl işlərindən biridir. Burada yaşayan köçəri əhalinin qadınlarının 40%-i “Vərni” toxuyur və bu, onların əsas gəlir mənbələrindən biri sayılır.

Hər il burada toxunan 4 min kvadratmetr “Vərni” xalçası İranın müxtəlif bölgələrinə və xarici ölkələrə ixrac edilir.
AzVision.az


Teqlər: İran  





Xəbər lenti