İsrail Rəfahda müvəqqəti atəşkəs elan edib

   İsrail Rəfahda müvəqqəti atəşkəs elan edib
  20 Noyabr 2023    Oxunub:908
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhərində müvəqqəti atəşkəs elan edib.
Bu barədə TASS ordunun mətbuat katibi Avixay Edriyə istinadən məlumat yayıb. Onun sözlərinə görə, taktiki dayandırma humanitar məqsədlər üçün qərb Rafah bölgəsində qüvvədə olacaq. Dəhliz Bakı vaxtı ilə saat 18:00-a qədər etibarlıdır.

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu bildirib. Əməliyyat “Dəmir qılınclar” adlanır.

AzVision.az


Teqlər:





Xəbər lenti